Fərid Hüseynov

Fərid Hüseynov

Fərid Hüseynov

Direktor Müavini - İSR AUTO

Mən, Hüseynov Fərid Ədalət oğlu, 12 mart 1986-cı ildə Xankəndi şəhərində anadan olmuşam. Valideynlərim təyinatla Xankəndidə həkim işləyiblər. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başlayandan bir müddət sonra Xankəndini məcburən tərk etməli olmuşub və ailəm Gəncə şəhərinə köçüb.

1992-ci ildə Gəncə şəhəri Gülüstan qəsəbəsi Mikayıl Müşfiq adına 14 nömrəli orta məktəbdə ibtidai təhsilə başlamışam. 2003-cü ildə həmin məktəbi bitirib Azərbaycan Dillər Universiteti İngilis dili fakultəsinə qəbul olunmuşam. Tələbə olduğum illərdə müxtəlif layihələrdə tərcüməçi və İngilis dili müəllimi kimi işləmişəm. 2007-ci ildə bakalavr təhsilimi bitirim Azərbaycan Milli ordusunun N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamış və xidməti 2008-ci ildə bitirib Gəncə şəhərinə qayıtmışam.

2 il İngilis dili müəllimi kimi çalışdıqdan sonra 2010-cu ildə İsveçin “ABB Electric”  şirkətində tərcüməçi kimi işə başlamışam. Şirkət Samuxun Ləki kəndi və Det-Al Alüminium zavodu yanında iki böyük elektrik yarımstansiya tikintisinin elektrik işləri və avadanlıqları təminatı işlərini görürdü, sifarişçi Azərenerji şirkəti idi. Layihə bitdikdən sonra Daşkəsən Qızıl Mədənini inşa edən Proje-A Mühəndislik şirkətində tərcüməçi kimi işə başlamışam. Qızıl Mədəninin inşası 2013-cü ilin əvvəlində bitdikdən sonra həmin ilin Aprel ayında Şirvan şəhərində Azərbaycan Nəqliyyat Nazirliyinin sifarişi ilə Kür çayı üzərində inşa edilən körpünün tikintisində İtaliyanın “İRD Engineering” şirkətində tərçüməçi vəzifəsində fəaliyyətə başlamışam. 2014-cü ilin Fevral ayında “Toyota Gəncə Mərkəzində” Baş Menecerin Müavini vəzifəsində işə başlamışam.

2016-cı ilin Fevral ayından etibarən “İSR Auto” şirkətində Direktor Müavini vəzifəsində çalışıram. İSR Auto şirkəti Toyota Bakı Mərkəzi, Lexus Bakı Mərkəzi və Toyota Gəncə Mərkəzinin sahibi və idarəçi şirkətidir. Şirkətin direktoru milliyyətcə Yapon olan Akihisa Watanabe-dir.

Toyota Avropa şirkətinin Avropa ölkələri arasında hər ölkənin ən yaxşı Toyota dilerliyi üçün təsis etdiyi “Ichiban Awards” mükafatını almaq üçün 2016-cı ilin May ayında İtaliyaya dəvət olunmuşam. Bundan başqa Toyota şirkətinin bütün Diler görüşləri və digər tədbirlərində iştirak etmək üçün daima dəvət olunan komanda üzvlərindən biriyəm.

Bir neçə il müxtəlif dövlət sifarişli layihələrdə tərcüməçi kimi çalışdıqdan sonra iş profilimi avtomobil sahəsinə dəyişmək ilk baxışda çətin görünə bilər amma avtomobillərə olan dərin sevgi, avtoidmana maraq və azarkeşlik və daima avtomobil dünyası xəbərləri ilə maraqlanmağım mənim avtomobil sahəsindəki karyeramın əsas təkanverici qüvvəsinə çevrilib. “